Bakıda Rusiya ordusunda döyüşmək üçün könüllülər axtarılır.  
 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Belə ki, iddialara görə könüllülərin Rusiya ordusuna cəlb edilməsi ilə bağlı küçələrdə bukletlər paylanılır. Həmin vərəqələrin üzərində, Rusiya ordusunda döyüşmək müqavilində yüksək pul müavinatı, sosial təminatın yaxşılaşdırılması kimi vədlər qeyd olunub.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. 
 
Polis polkovnik-leytenantı Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. 

Baxış sayı: 7817 | Tarix: 05.04.2023
Bizi Telegramda izləyin: @repostaz