Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
 
O bildirib ki, bununla bağlı "Azərsu" Tarif Şurasına müraciət etməyib: "Məsələ gündəmdə deyil. Biz Tarif Şurasına bu barədə müraciət etməmişik".
 
Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

Baxış sayı: 7684 | Tarix: 26.05.2023
Bizi Telegramda izləyin: @repostaz