Hazırda paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxılıq yaranıb.

Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə,  səhər saatlarında Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi yollar buz bağladığından sürücülərdən nəqliyyat vasitələrini ehtiyyatla idarə etməyi tövsiyə edir.

RePost.Az


Baxış sayı: 3352 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz