Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
 
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaq.

Baxış sayı: 6886 | Tarix: 01.09.2023
Bizi Telegramda izləyin: @repostaz