Qarabağda separatçılara məxsus şirkətlərin fəaliyyətinin dayandırılması prosesi başlayıb.

RePost.Az xəbər verir ki, artıq rejimin nəzarətində olan  "Karabakch telecom" mobil operatorunun fəliyyəti dayandırılıb. Bununla da separatçıların kənar təmaslarına son verilib. 

Yaxın günlərdə ərazidə Azərbaycana məxsus mobil operatorların fəaliyyətinin bərpa ediləcəyi gözlənilir. 

Xatıladaq ki, "Karabakch telecom" Livandan olan erməni əsilli Fatoş qardaşlarına məxsus idi. 44 günlük Vətən Müharibəsindən sonra Araik Arutunyan dövlət mülkiyyətinə keçirmək adı ilə şirkəti Fatoşların əlindən almışdı. 


Baxış sayı: 7912 | Tarix: 27.09.2023
Bizi Telegramda izləyin: @repostaz