Qvatemala polisi  onlarla insanı qətlə yetirməkdə şübhəli bilinən “Barrio-18” cinayətkar dəstənin 27 yaşlı üzvünü saxlayıb.RePost.az “TASS”a istinadən verdiyi xəbərə görə,  Karlos Qaytan yalnız cari il ərzində azı 40 nəfəri qətlə yetirib. Cinayətkar Vilya-Nueva yaşayış məntəqəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
 
K.Qaytananın qurbanlarının əksəriyyəti sahibkarlıqla məşğul olan və yük daşımalar sahəsində çalışan şəxslərdir.  Onun başçılıq etdiyi  “Barrio-18” cinayətkar dəstə 100-dən çox qətl törətməkdə  şübhəli bilinir. 
 
RePost.az  
 

Baxış sayı: 2592 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz