Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Baxış sayı: 5062 | Tarix: 02.09.2024
Bizi Telegramda izləyin: @repostaz