Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Avtomobil növləri federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 
 
RePost.Az Baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir. 
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb.
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 17.04.2017
Bizi Telegramda izləyin: @repostaz