Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun hər ay MTN-dən pul mükafatı aldığı açıqlanıb.
 
RePost.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, MTN-də mühasibatlıqdan əlaqəsində olan etibarlı şəxslərə (kod adı BET və TT), Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan İƏ-yə raportlarda qeyd edilən məbləğlərdə vəsait ödənilib.
 
İttiham aktına əsasən, etibarlı şəxs “BET” - Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. E.Behbudova 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat mükafat təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2 500 manat ödənilib. “BET”-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.
 
Bundan başqa, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
 
E.Behbudov 2015-ci il noyabrın 14-də, MTN rəhbərliyin ifşa edilməsinə başlanmasından dərhal sonra vəfat edib.
 
RePost.Az 

Baxış sayı: 3618 | Tarix: 12.05.2017
Bizi Telegramda izləyin: @repostaz