Bakıda məhkəmə bir sıra xəbər saytlarına girişin məhdudlaşdırılması barədə hökm çıxarıb.
 
RePost.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, girişi məhdudlaşdırılan saytlar arasında Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı proqramının internet səhifələri var.
 
Onun sözlərinə görə, bu saytlar başqa domen adı ilə açılarsa, bu qərar yeni ünvanlara şamil edilməyəcək.
 
Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında keçirilib.
 
Nazirlik Baş prokurorluğun ərizəsi əsasında media qurumlarını Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etməkdə ittiham edir.
 
Bundan başqa, media qurumları radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ etmək və yayılması qadağan edilən digər informasiyaların yerləşdirməklə "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid" yaratmaqda ittiham edilir.
 
Media qurumları iddiaları rədd edirlər.
 
RePost.Az

Baxış sayı: 3371 | Tarix: 12.05.2017
Bizi Telegramda izləyin: @repostaz