Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda bir sıra dəyişikliklər olub.
 
Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi.
 
Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
 
Ötən ay 439 xalla planetin 76-cısı olan Robert Prosineçkinin yetirmələri 12 xal itirib. Buna Şimali İrlandiya ilə Bakıdakı seçmə oyunundakı 0:1 hesabı ilə məğlubiyyət səbəb olub. Nəticədə komandamız 4 pillə geriləyib.
 
5 komanda - Yamayka, Qətər, Çin, Trinidad və Tobaqo, Belarus yığmaları komandamızı arxada qoyub. Ötən ay millimizi qabaqlayan Keniya isə bizdən geri düşüb.
 
Millimiz və “qonşular”ı
76 (79). Yamayka – 442
77 (82). Çin – 441
78 (77). Trinidad və Tobaqo - 436
79 (88). Qətər – 435
80 (76). Azərbaycan – 427
81 (104). Mavritaniya - 425
82 (77). Suriya - 423
83 (113). Syerra-Leone - 415
84 (74). Keniya - 408
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində ciddi  dəyişikliklər baş verib. Braziliya və Argentinanı arxada qoyan Almaniya 1-ci sıraya qalxıb. Portuqaliya 4-cü, İsveçrə 5-ci, Polşa 6-cı yerədək irəliləyib. Çili, Kolumbiya, Fransa və Belçika geriləyibsə, İspaniya “10-luğ”u tərk edib.
 
İlk “onluq”
1 (3). Almaniya – 1609
2 (1). Braziliya – 1603
3 (2). Argentina – 1413
4 (8). Portuqaliya – 1332
5 (9). İsveçrə - 1329
6 (10). Polşa - 1319
7 (4). Çili – 1250
8 (5). Kolumbiya – 1208
9 (6). Fransa – 1199
10 (7). Belçika – 1194
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin Şimali İrlandiya 6, Çexiya 4, Almaniya 2 pillə irəliləyib. Norveç yenə 1 addım geriləyibsə, San Marino yerində qalıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
1 (3). Almaniya – 1609
22 (28). Şimali İrlandiya - 897
40 (44). Çexiya - 690
88 (87). Norveç - 391
204 (204). San-Marino – 12
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 8 pillə geriləyərək, 33-cü yerdə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 779 xal var.

RePost.Az


Baxış sayı: 3143 | Tarix: 06.07.2017
Bizi Telegramda izləyin: @repostaz