Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

RePost.Az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.

Faktla bağlı araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 2687 | Tarix: 22.07.2017
Bizi Telegramda izləyin: @repostaz