Hindistanda qeyri-adi hadisə yaşanıb.

RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mumbra şəhərində yeni doğulan körpənin qarnında uşaq olduğu məlum olub.

Belə ki, həkimlər körpənin qarnında anomal şişlik aşkar edib və onu müayinə edib.

Bu zaman məlum olub ki, yeni doğulan körpə öz əkizini udub. Uğurlu əməliyyat nəticəsində uşaq qarından çıxarılıb. Həkimlərin sözlərinə görə, dünyada 200 belə bənzər hadisə baş verib.


Baxış sayı: 3390 | Tarix: 02.08.2017
Bizi Telegramda izləyin: @repostaz