Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
 
APA xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 1, 2 sentyabr Qurban bayramıdır.
 
Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
 
RePost.Az

Baxış sayı: 1927 | Tarix: 08.08.2017
Bizi Telegramda izləyin: @repostaz