Tvitter sosial şəbəkələrdəki mənfi auralı paylaşımları əngəlləmək və pltaformanı daha da əlverişli hala gətirmək üçün bir neçə yenilik tətbiq edib.

RePost.Az publika.az-a istinadən  xəbər verir ki, yeni qaydalar çərçivəsində nifrət məzmunlu və radikal sözlər istifadə etmək və bu fikirləri sosial platformada aşılamaq qadağandır.

Qaydaların ilk qurbanı mərkəzi İngiltərədə yerləşən “Britain First” anti-islam hərəkatı olub. Qrupun liderləri Tvitterdən kənarlaşdırılıblar. Buna səbəb isə qrupun bir neçə gün öncə anti-islam məzmunlu bir video paylaşması olub. Həmin video ABŞ prezidenti Donald Tramp tərəfindən yenidən paylaşılmışdı. Ancaq Tvitter D.Trampın şəxsi hesabına heç bir yenilik tətbiq etməyib və onu uzaqlaşdırmayıb.

Şirkət bu məsələyə isə yeni bir tətbiqlə aydınlıq gətirib. Belə ki, bu tətbiqlər hərbi platformada yer alanlar və dövlət nümayəndələrindən başqa bütün istifadəçilərə şamil olunub.

Qeyd edək ki, Donald Tramp tvitterdə yazdığı paylaşımlarla məşhurdur. Xüsusilə, onun Şimali Koreya lideri Kim Çen Ina yazdığı kinayəli ststuslar böyük mübahisələrə səbəb olur.


Baxış sayı: 2174 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz