Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
 
1974-cü il təvəllüdlü (kişi) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
 
Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın) şəxsə isə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 
***
 
Bakıda Heydər Əliyev prospektində qəza olub.
 
Bakı Şəhər Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan, Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
 
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Bakıda Heydər Əliyev prospektində qəza olub.
 
Bu barədə APA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
 
NİİM-dən bildirilib ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.
 

Baxış sayı: 3162 | Tarix: 10.04.2025
Bizi Telegramda izləyin: @repostaz