Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın məzarı bərpa edilib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Türkiyədə yaşayan tanınmış jurnalist Könül Şamilqızı öz Facebook səhifəsində bildirib.
 
”Mən bir təşəbbüs göstərdim və Azərbaycan Kültür Dərnəyi dağ kimi arxamda durdu. Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyi ilə bərpa edildi. Məzarın sadə olmasını mən istədim. Sağ olsunlar, fikrimi soruşdular, mən də “Leyla xanım kimi sadə və zərif olsun” dedim. Bir də “üstündə həmişə çiçəklər olsun” . Sabah gedib o çiçəkləri də əkəcəyəm. Çox xoşbəxtəm, qürurluyam” – deyə, Könül Şamilqızı əlavə edib.
 
Həmyerlimiz Leyla xanımın məzarının bərpa edilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
 
RePost.Az

Baxış sayı: 2060 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz