"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb".

RePost.Az xəbər veirr ki, bunu report-a açıqlamasında "Gilavar" - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

Onun sözlərinə görə, hələ dəqiq bir iz yoxdur: "Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır".

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.


Baxış sayı: 3466 | Tarix: 29.12.2017
Bizi Telegramda izləyin: @repostaz