“CIES Football Observatory” portalı futbolçuların qiymətini müəyyənləşdirib.
 
Goal xəbər verir ki, qiymətin müəyyən olunmasında futbolçunun cari müqaviləsi, yaşı, oynadığı mövqe, milli komandada çıxışı kimi kriteriyalar nəzərə alınıb.
 
100 futbolçunun yer aldığı siyahının ilk “onluğ”u belədir:
 
1. Neymar – 213 (25 yaş, PSG, 2022-ci ilə kimi müqavilə)
 
2. Lionel Messi – 202.2 (30 yaş, “Barselona”, 2021)
 
3. Harri Keyn – 194.7 (24 yaş, “Tottenham”, 2022)
 
4. Kilian Mbappe – 192.5 (19 yaş, PSG, 2022)
 
5. Paulo Dibala – 174.6 (24 yaş, “Juventus”, 2022)
 
6. Dele Alli – 171.3 (22 yaş, “Tottenham”, 2022)
 
7. Kevin de Bruyne – 167.8 (25 yaş, “Mançester Siti”, 2021)
 
8. Romelu Lukaku – 164.8 (24 yaş, “Mançester Yunayted”, 2022)
 
9. Antuan Qrizmann – 150.2 (26 yaş, “Atletiko Madrid”, 2022)
 
10. Pol Poqba – 147.5 (24 yaş, “Mançester Yunayted”, 2021)
 
Siyahıda ən bahalı müdafiəçi 101.5 milyon avro ilə Samuel Umititi (24 yaş, “Barselona”, 2021) olub. Ən bahalı qapıçı da “Barselona” üzvüdür: Mark-Andre ter Şteqen – 96.4 milyon avro.
 
RePost.Az

Baxış sayı: 481