Britaniyalı fizik Stiven Hokinqin sözlərinə görə, bəşəriyyət 100 il sonra  qlobal istiləşmədən qaynaqlanan dözülməz hava temperaturu ilə əlaqədar məhvə düçar olacaq.
 
Oxu.Az-ın CNET-ə istinadən verdiyi xəbərə görə, bu barədə  tanınmış alim “Sevimli məkanlar” adlı sənədli serialın ikinci fəslində danışıb.
 
Hokinq əmin edir ki, iqlim dəyişiklikləri bu templə davam etsə, atmosferdə temperatur dözülməz dərəcələrə qalxacaq və Yer bir növ ikinci Venera planetinə dönəcək. Adıçəkilən planetin  səthində temperatur 467 dərəcə selsiyə qədər qalxa bilir, təzyiq isə yerin atmosfer təzyiqindən nə az, nə çox - 93 dəfə çoxdur. Bu göstərici yüksək təzyiqlərə davamlı olan sualtı gəmini belə dağıtmağa kifayət edir.
 
Bu cür hallar istixana effektinə görə meydana gəlib. Qatı bulud təbəqəsi günəşin istisini içəri buraxsa da, onun kosmosa qayıtmasına əngəl olur.
 
Fərziyyələrə görə, 4.5 milyard il əvvəl Venera planeti okeanlarla əhatələnsə də, günəşə yaxın məsafədə mövqe tutduğunda görə okeanlar buxarlanaraq quruyub və atmosferi su buxarı ilə zənginləşdirib. Çox aşağı miqyaslarda olsa da, oxşar proses Yer planetində də müşahidə olunur. Qlobal istiləşməyə təsir edən əsas istixana qazı karbon qazıdır.
 
Hokinqin fikirincə, 100 ildən sonra bizim planetdə yaşayış üçün şərait həddindən artıq pisləşəcək və artıq böyük fəlakətin qarşısını almaq mümkün olmayacaq. “Bəşər övladı” özünə kosmosda yeni məskən axtarmalı olacaq.
 
“Qlobal istiləşməni inkar edən kiməsə rast gəlsəniz, ona Veneraya yollanmağı tövsiyə edin.  Həmin səfərin bütün xərclərini öz üzərimə götürürəm”, – deyə alim efir proqramında zarafatyana bildirib.
 
RePost.Az

Baxış sayı: 694