İranda qəsdən adamöldürmədə günahlandırılan daha 3 nəfər edam edilib.
 
RePost.Az-ın Günaz TV-yə istinadən veridiyi məlumata görə, üç il əvvəl ailədaxili ixtilafa görə, həyat yoldaşını qətlə yetirən 27 yaşlı müttəhim, yanvarın 15-də Babil şəhərinin həbsxanasında dar ağacından asılıb.
 
Həmçinin, dörd il əvvəl Rəzəvi Xorasan əyalətində maliyyə sənədlərini ələ keçirmək məqsədilə əvvəlcədən hazırlanmış plan əsasında evlilik qeydiyyatı şöbəsinin 45 yaşlı rəisini oğurlayaraq qətlə yetirən daha 2 gənc müttəhim, iki gün əvvəl Məşhəd şəhərinin mərkəzi zindanında edam edilib.
 
RePost.Az
 

Baxış sayı: 4435 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz