İranda cinsi təcavüzdə və zorakılıqda günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.
 
RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, müttəhimlərdən biri, bir bir neçə il əvvəl qadını küçədən oğurlayaraq zorlamaqda günahlandırılıb. Adı və soyadı mediaya açıqlanmayan 33 yaşlı digər müttəhim, 5 il əvvəl Kərəcin Məhəmmədşəhr məntəqəsində narkotik maddə qəbul etdikdən sonra  qadının mənzilinə daxil olaraq onu zorlayıb. Hər iki müttəhim, yanvarın 16-də Kərəc şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 19.01.2018
Bizi Telegramda izləyin: @repostaz