Moskva şəhərinin cənub-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda  yanğın baş verib.
 
RePost.Az xəbər verir ki, bu barədə “RİA Novosti” paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.
 
“Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir”, – deyə adı açıqlanmayan mənbə bildirib.
 
Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyyə işləri aparır.
 
Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
 
“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.
 
Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.
 
RePost.Az 


Baxış sayı: 3029 | Tarix: 25.01.2018
Bizi Telegramda izləyin: @repostaz