Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına tələbatı artıb.
 
RePost.az BAKU.WS-ə istinadən verdiyi məlumata görə, Yeni ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkaları təşkil olunur. Biz də bayram ərəfəsində bu yarmarkalara baş çəkərək qiymətlərə nəzər saldıq. 
 
Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkalarından biri Nərimanov rayonu "Keşlə” bazarının yerində təşkil olunub. Baş çəkdiyimiz yarmarkadakı ərzaqların qiymətlərini sizə təqdim edirik:
 
Kartof – 70 - 80 qəpik
Soğan 3 kq- 1 AZN
Alma (Palmet) 3 kq- 1 AZN
Alma (Qızıl Əhmədi)- 1,50 AZN
Mandarin- 1,50 AZN
Apelsin-1,50 AZN
Qoz, Fındıq- 6 AZN
Yumurta (Giləzi)- 15 qəpik
Kök- 90 qəpik
Kələm- 40 qəpik
Göyərti 8 dəstəsi- 1 AZN
Nar-1,5 AZN
Kənd toyuğu 1 kq- 5 AZN
Giləzi toyuğu- 3,40 AZN
 
Qeyd edək ki, 24-31 dekabr  2016-cı il tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
           
Bakı şəhəri üzrə:
  
Xətai rayonu:
-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 
 
Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
 
Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
 
Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
 
Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
 
Sumqayıt şəhəri üzrə (2 yerdə):
 
 -12-ci mikrorayon
 -köhnə avtovağzalın yanı
 
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
 
RePost.az
 

Baxış sayı: 1832 | Tarix: 26.12.2016
Bizi Telegramda izləyin: @repostaz