Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
RePost.Az xəbər verir ki, iclasda "Real" Təhlil və İnformasiya Mərəzi MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
 
Milli Televiziya və Radio Şurasının  qərarına əsasən "Real" Təhlil və İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 
 
Qeyd edək ki, "REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz