Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov fransalı Freddi Kemayonu məğlub etdiyi üçün ona bahalı hədiyyə edilib.
 
RePost.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, həmyerlimizə Əhməd Kadırov Fondu tərəfindən "Mercedes" markalı maşın bağışlayıb. 
 
Zabit bu hədiyyəyə görə Çeçenistan lideri Ramzan Kadırova və Fonda təşəkkür edib. 
 
Qeyd edək ki, Zabit Səmədov fransalı Freddi Kemaya ilə "King of Kings" versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, “Crocus City Hall”da baş tutub.
 
Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.
 
RePost.Az


Baxış sayı: 3352 | Tarix: 31.05.2018
Bizi Telegramda izləyin: @repostaz