Daha çox geyim tərzi ilə gündəmə gələn müğənni Afaq Aslan şou-biznesdən yazan jurnalist Əfruzə Ağayevanı və müğənni Damlanı hədələyib.

RePost.Az-ın məlumatına görə, o, Əfruzə və Damla haqqında şok faktlara malik olduğunu bildirib.

"Əfruzə Ağayeva buradan sənə səsələnirəm, həddini bil, əl-ayağıma dolaşma. Mənim telefonlarım susmur, jurnalistlər mənə zəng edirlər. Xəbərim var, sən və Damla altdan-altdan çirkin əməllərlə məşğul olursuz. Sənin və sənin müğənnin Damla haqqında elə faktlar ortalığa qoyaram ki, Azərbaycanda yaşamağa üzünüz olmaz", - deyə Afaq Aslan vurğulayıb.

RePost.Az


Baxış sayı: 3580 | Tarix: 22.06.2018
Bizi Telegramda izləyin: @repostaz