Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun müalicə üçün Türkiyəyə aparılmasının təfərrüatı məlum olub.
 
RePost.Az xəbər verir ki, Fazil Məmmədov bir ay Gəncə Beynəlxalq Hospitalında müalicə alıb və yalnız bir neçə gün əvvəl Türkiyədə xəstəxanaların birinə yerləşdirilib.
 
Sayta məlumat verən mənbənin sözlərinə görə, Fazil Məmmədov 1986-cı ildə Çernobıl faciəsi zamanı ora yardıma gedənlər arasında olub. Bədənində radioaktiv şüalarla bağlı problem yaranıb. Bu xəstəliklə bağlı uzun illər Almaniyada müalicə alıb.
 
Qeyd edək ki, sabiq nazirin Türkiyə aparılması barədə ilk məlumatı unikal.org saytı yayıb.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 28.06.2018
Bizi Telegramda izləyin: @repostaz