Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.
 
Mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov və başqaları iştirak edib.
 
Rusiyanın məşhur sənətçisi Filipp Kirkorov bildirib ki, “Jara” Beynəlxalq Musiqi Festivalında artıq üçüncü ildir iştirak edir.
 
E. Ağalarov isə 2018-ci ildə ilk dəfə “Jara Baku” filminin çəkiləcəyini deyib. Filmdə Rusiyanın tanınmış müəğənniləri də iştirak edəcəklər.
 
E. Ağalarov rusiyalı müğənni Zaranın Bakıya gəlməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələyə münasibəti sadədir: “Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub saxlamağın tərəfdarıyam”.
 
Mətbuat konfransında qeyd edilib ki, Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək. 
 
Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
 
 “Jara-2018”in biletləri 2017-ci il dekabrın 1-dən satışa çıxarılıb.
 
RePost.Az
 

Baxış sayı: 1123