Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yaşlı qadını zorlamaqda təqsirləndirilən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
 
Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.
 
İttihama görə, Beyləqan rayon sakini C.İsmayılov 2016-cı il sentyabrın 2-də saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadının evinə su kranını və su qızdırıcını təmir etmək üçün gediblər. Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkən Ş.P-nin mənzilində spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan C.İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Ə.Məmmədovun onu zorlamasına şərait yaradıb. Ş.P 102-ə zəng etmək istəyəndə mobil telefonunun əlindən alıb batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək ayrı-ayrılıqda Ş.P ilə onun yatağında zorla cinsi əlaqədə olublar.
 
Qeyd edək ki, təqsirləndirilən şəxs evlidir və 2 övladı var. 
 
RePost.Az
Baxış sayı: 26