Türkiyənin müttəfiqi ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-yə silahlar verib təlimlər keçdiyi görüntülər ortaya çıxıb.
 
 RePost.az-ın məlumatına görə, Afrin bölgəsindəki düşərgələrdə təlimlərin görüntüsü Türkiyə mətbuatına bomba kimi düşüb.
 
Məlumata görə, terror yuvasında Danimarka, Fransa, Norveç, Belçika, Almaniya, İngiltərə, İsrail, Almaniya, Kanada və Brazilyadan gələn əcnəbilər xaricilər çoxluq təşkile dir. Bunların bir çoxu muzdlu döyüşçülərdir. Terror yuvasında təxminən 15 min döyüşçü olduğu güman edilir. 
 
İraqda olan bazalardan da Suriyadakı terroristlərə silah dəstəyi edilir. Afrində PKK adına "terror akademiyası" qurulduğu, bir çox ölkədən gələn terrorçuların bu düşərgədə ABŞ əsgərlər tərəfindən təlimdən keçdiyi müəyyən edilib. 
 
RePost.az
 
 


Baxış sayı: 2364 | Tarix: 09.01.2017
Bizi Telegramda izləyin: @repostaz