Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dən RePost.Az-a verilən məlumata görə, dəyişiklik sabah tətbiq olunacaq və texniki xarakterlidir.
 
Belə ki, Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv edilir.
 
Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.
 
RePost.Az

Baxış sayı: 2174 | Tarix: 15.11.2018
Bizi Telegramda izləyin: @repostaz