Messi haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün işindən kənarlaşdırılıb
 
"Barselona" klubun direktoru Pere Qratakosu vəzifəsindən qovub.
 
RePost.az xəbər verir ki, bu barədə klub saytından açıqlama verilib.
 
Belə ki, Qratakos müsahibələrindən birində Messi haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün işindən kənarlaşdırılıb.
 
"Barselona" tək Messidən ibarət deyil. O çox vacib oyunçudur, ancaq qələbəni bütün komanda qazanır. Neymar, Suarez, İnyesta, Pike və digər oyunçular olmasa, Messi bu qədər yaxşı ola bilməzdi" - bu sözlər direktorun başına bəla olub.
 
Klub rəsmi saytından verdiyi açıqlama bildirib ki, qovulmanın əsas səbəbi Qratakosun klubun mənafeyinə uymayan sözlər danışmasıdır.
 
RePost.az

Baxış sayı: 3886