Azərbaycanlı aktyor İlqar Musayevin övladları idman sahəsində uğur qazanıblar.
 
Xəbər verir ki, aktyorun oğlu Uğur və qızı Aidə cüdo növü üzrə yaxşı nəticələr veriblər.
 
Aktyor açıqlamasında bundan çox sevincli olduğunu bildirib.
 
“Keçən il oğlum və qızın üçüncü yeri tutmuşdular. Bu məni çox sevindirirdi. Bu il isə uğurları daha da böyük olub. Onlar ikinci yeri tutublar”, - deyə aktyor bildirib.
 
İlqar Musayevin sözlərinə görə, övladlarının uğurunda  məşqçi Fuad Quluzadənin də böyük əməyi var.
 
“Övladlarıma stimul vermək üçün özüm də bəzən onlarla birlikdə məşq edirəm”, - deyə aktyor vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 1483