Sabah Bakının iki rayonunda qaz olmayacaq. Bu barədə RePost.Az-a SOCAR-dan məlumat verilib.
 
Məlumata görə, yanvarın 18-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

RePost.Az


Baxış sayı: 3333 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz