İyunun 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.
 
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyunun 21-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək. 
 
RePost.Az

Baxış sayı: 1483