Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib.
 
Bu barədə RePost.Az-a  “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.
 
E.Əzimov bildirib ki, nazirliyin məqsədi aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır:
 
“Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq”.
 
RePost.Az

Baxış sayı: 1501