Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon görüşməsi baş tutub.

RePost.Az-ın məlumatına görə, söhbət zamanı Suriyanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində iki dövlətin də həmfikir olduğu vurğulanıb.

Kremldən açıqlanıb ki, siyasi prosesin davam etməsi məsələsində prezidentlər razılaşıblar. Həmçinin Konstitusiya Komitəsinin bu ayın sonunda işə başlaması məsələsində ortaq məxrəcə gəlinib.

Putin Ərdoğanı Moskvaya da dəvət edib və Türkiyə Prezidenti təklifi qəbul edib. Səfərin bu ayın sonuna qədər baş tutacağı bildirilib.


Baxış sayı: 655