Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir.

Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.

Prezident yeni icra başçılarını qəbul edərkən bildirmişdi ki, islahatlar davam edəcək. İlham Əliyev gəncləşmənin təkcə yaş məsələsində deyil, həm də təfəkkürdə olmasını da xüsusilə vurğulayıb.

Məlum məsələdir ki, bir sıra rayonlarda icra başçılarından mediada çoxsaylı şikayətlər yazılıb. Bu məsələyə Prezident də toxunmuşdu.
O qeyd etmişdi ki, rayonlarda baş verənlərlə bağlı bir çox hallarda ona icra başçıları tərəfində yalan məlumatlar çatdırılır:

“Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır”.

İlham Əliyev məhz bunları nəzərə alaraq icra hakimiyyətlərində islahatları sürətləndirib və prosesin davam edəcəyi gözlənilir.

Bəs görəsən uzun müddətdir icra hakimiyyətlərində yüksək vəzifə tutan və ya illərdir icra başçısı postunda olanlar kimlərdir?

BAKU.WS bununla bağlı araşdırmasını təqdim edir:



 

Ad, soyad və yaş Vəzifə Ümumi müddət
Şahin Məmmədov (60 yaş) 2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı
26 dekabr 2005-ci ildə indiyə qədər - Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı
15 il
Taleh Qaraşov (60 yaş) 1996-2002 - Kürdəmir rayonunun icra başçısı
2002-2006 - Cəlilabad rayonunun icra başçısı
2006-2011 - Neftçala rayonunun icra başçısı 
2011-2012 - Astara rayonunun icra başçısı
2012-ci ildən bu günə qədər Lənkəran şəhərinin icra başçısı
23 il
Nizaməddin Quliyev (65 yaş) 2009-2019 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
5 aprel 2019-cu ildən indiyə kimi - Ağstafa rayonunun icra başçısı
10 il
Novruz Novruzov (65 yaş) 1995-2002 - Lerik Rayon İcra Hakimiyyətinin başçısı
2002-2007 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
2007-2019 - Şabran Rayon İcra Hakimiyyətinin başçısı
5 aprel 2019-cu ildən indiyə kimi - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
24 il
Qəşəm Aslanov  (49 yaş) 2006-2012 - Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
10 aprel 2012-ci ildən indiyə kimi Xızı Rayon İcra Hakimiyyətinin başçısı
- Azərbaycanlı dövlət xadimi. Qəşəm Aslanovun oğludur.
- Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik. Rövşən Aslanovun qardaşıdır.
13 il
Ramiz Həsənov (58 yaş) 2001-2011 - Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini
26 aprel 2011-ci ildən indiyə kimi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı
Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır.
18 il
Eyvaz Hüseynov (60 yaş) 2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.
- Milli qəhrəman İbad Hüseynovun qardaşıdır
27 il
Vilyam Hacıyev (62 yaş) 1999-2002 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri
2002-2004 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
2004-2006 - Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı
2006-2012 - Samux Rayon İcra Hakimiyyətinin başçısı
14 aprel 2012-ci ildən indiyə kimi İmişli Rayon İcra Hakimiyyətinin başçısı
20 il
Rövşən Sadıxov (59 yaş) 2000-2001 - Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini
2005-2006 - İsmayıllı rayon İcra hakimiyyətinin başçısı
2006-2011 - Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini
2011-ci ildən indiyə kimi Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini
19 il
Aqil Məmmədov (59 yaş) 2008-2013 - Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini
4 mart 2013-cü ildən indiyə kimi Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı
11 il
Ceyhun Cəfərov (54 yaş) 2006-2011 - Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
2011-2014 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
16 aprel 2014-cü ildən indiyə kimi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı
13 il
Lütvəli Babayev (60 yaş) 1999-2005 - Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
2005-2007 - Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
14 dekabr 2007-ci ildən indiyə kimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
20 il
Süleyman Mikayılov (57 yaş) 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti
13 may 2005-ci il - 21 dekabr 2005-ci il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
2005-2010 - Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
4 mart 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı    
16 il
Adil Məmmədov (67 yaş) 1994-2002 - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
2002-2004 - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
2004-2011 - Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı
26 aprel 2011-ci ildən Qobustan Rayon İcra hakimiyyətinin başçısı
25 il
Malik İsaqov (66 yaş) 8 sentyabr 2001-ci ildən indiyə kimi Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı 18 il
Şair Alxasov (61 yaş) 18 dekabr 2007-ci ildən indiyə kimi Qusar Rayon İcra Hakimiyyətinin başçısı 12 il
Aqil Nəzərli (43 yaş) 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.
2008-2016 - Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri
3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən
16 iyun 2016-cı ildən isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı
20 il
Qəzənfər Ağayev (58 yaş) 24 mart 2006 - 30 sentyabr 2006 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
2006-2012 - Masallı Rayon İcra Hakimiyyətinin başçısı
14 aprel 2012-ci ildən indiyə kimi Astara Rayon İcra Hakimiyyətinin başçısı
13 il
İsmayıl Vəliyev (60 yaş) 2005-2011 - Qobustan Rayon İcra Hakimiyyətinin başçısı
26 aprel 2011-ci ildən Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı
14 il
Abdin Fərzəliyev (52 yaş) 2003-2005 - Nizami Rayon İcra Hakimiyyətinin başçısı
2005-ci ildən indiyə kimi Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
16 il
İlqar Abbasov (61 yaş) 2004-2005 - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
21 dekabr 2005-ci ildən indiyə kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
15 il
Asif Əsgərov (53 yaş) 2006-2009 - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
2006-2009 - Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı
2 sentyabr 2015-ci ildən indiyə kimi Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
13 il
Eldar Əzizov (62 yaş) 1999-2000 - Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini
2000-ci ilin martından iyuna qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
2000-2003 - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı
2003-2011 - Gəncə Şəhər İcra hakimiyyətinin başçısı
2011-2015 - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
2015-2018 - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı
2018-ci il 16 iyuldan 15 noyabra qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
15 noyabr 2018-ci ildən indiyə kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
20 il
Siraqəddin Cabbarov (60 yaş) 28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır.
2008-2019 - Saatlı Rayon İcra Hakimiyyətinin başçısı
17 may 2019-cu ildən indiyə kimi Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
30 il
Nazim İsmayılov (67 yaş) 1991-1992 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
1992-1994 - Göyçay Rayon Xalq Deputatları Sovetinin sədr müavini,
1994-2001 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
2001-2006 - Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,
2006-2011 - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı,
2011-2019 - Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,
17 may 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.
28 il
Alı Qocayev (72 yaş) 2000-2004 - Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru
2005-2012 - Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
18 aprel 2012-ci ildən indiyə kimi Samux Rayon İcra Hakimiyyətinin başçısı
19 il
Şahin Məmmədov (60 yaş)  2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı
26 dekabr 2005-ci ildən indiyə kimi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı 
15 il
Zakir Fərəcov (65 yaş) 2005-2015 - Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
2 sentyabr 2015-ci ildən indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
14 il
Elxan Usubov (59 yaş) 2007- 2011 - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
2011-ci il 23 maydan indiyə kimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur.
12 il
Mərdan Camalov (63 yaş) 18 aprel 2005-ci ildən indiyə kimi Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı 14 il
Bayram Səfərov (69 yaş) 2009-cu il 27 fevraldan indiyə kimi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
2009-cu il iyunun 5-dən indiyə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri
10 il
Vidadi İsayev (60 yaş)  2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini
2005-2011 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
3 mart 2011-ci ildən indiyə kimi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı
15 il
Müstəqim Məmmədov (50 yaş) 2006-2012 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri
2012-2014 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri
7 may 2014-cü ildən indiyə kimi Tərtər Rayonu İcra Hakimiyətinin başçısı
13 il
Nəriman Əsgərov (55 yaş) 2006-2011 - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
2011-2016 - Qazax Rayon İcra Hakimiyyətinin başçısı
19 may 2016-cı ildən indiyə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
13 il
Əziz Əzizov (56 yaş) 2006-2018 - Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı
2 fevral 2018-ci ildən indiyə kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
13 il



 


Baxış sayı: 934