Koronavirusun müalicəsi zamanı ibuprofen və bu tərkibli dərmanların qəbul edilməsi məsləhət görülmür.
 
RePost.Az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsində deyilir.
 
Təşkilatın mətbuat katibi Kristian Lindmayer bildirib ki, özünümüalicə zamanı parasetamol içmək məqsədəuyğundur.
 
Qeyd edək ki, koronavirusa 162 ölkədə 185 mindən çox şəxs yoluxub. 7 332 nəfər virusun qurbanı olub.

Baxış sayı: 2326 | Tarix: 17.03.2020
Bizi Telegramda izləyin: @repostaz