Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
RePost.Az xəbər verir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.
 
Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-dək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir.
 
Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.
 
Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Baxış sayı: 3390 | Tarix: 21.05.2020
Bizi Telegramda izləyin: @repostaz