Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcəkdir. Bunu başa düşməliyik.
 
RePost.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
 
Onun sözlərinə görə, qarşımızda çox uzun bir yol var:
 
"Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri görmək məcburiyyətində olacağımız aylar var. Başqa bir qısa yolu yoxdur.
 
Hər kəs fiziki məsafəni qoruyub saxlasın, əllərini yusun, maska ​​taxsın. Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmaslarınıza diqqət edin. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik".

Baxış sayı: 4169 | Tarix: 29.06.2020
Bizi Telegramda izləyin: @repostaz