Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən Apa-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub.
Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.