Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dən RePost.Az-a verilən məlumata görə, qərara əsasən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 25 və 26 iyul tarixlərində hərəkətdə olmayacaq.

Baxış sayı: 3694 | Tarix: 24.07.2020
Bizi Telegramda izləyin: @repostaz