Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.

Baxış sayı: 2174 | Tarix: 29.07.2020
Bizi Telegramda izləyin: @repostaz