Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 37874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib.
 
Hazırda 2049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub.

Baxış sayı: 3295 | Tarix: 10.09.2020
Bizi Telegramda izləyin: @repostaz