Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Baxış sayı: 4036 | Tarix: 14.09.2020
Bizi Telegramda izləyin: @repostaz