Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi ləğv edilib.
RePost.Az-ın məlumatına görə, mehmanxana kompleksi ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi 21 yanvar 2002-ci ildə 12 min manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Şahin Hüseynov Bəhram oğludur.