Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir. Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
 
"Lakin meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
 
Faktiki hava şəraiti ilə əlaqədar olaraq,  Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd, qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
 
Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib", - məlumatda deyilir. 
 
***
Agentliyin yaydığı son məlumata görə, Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə enidirilərək 60 km/ saat müəyyən edilib. Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.
 
Bir daha qeyd edirik Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.   
RePost.Az

Baxış sayı: 3732 | Tarix: 31.01.2017
Bizi Telegramda izləyin: @repostaz