Tanınmış ifaçı Xatirə İslamdan xəbər var.
RePost.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, müğənni iki estetik əməliyyatdan sonra yenidən bıçaq altına uzanıb. O, bu barədə tam açıqlama verməsə də, hazırkı əməliyyatın estetik olmadığını dilə gətirib.
Qeyd edək ki, müğənni bundan öncə burun əməliyyatı (rinoplastika) və bədən şəkilləndirmə əməliyyatı etdirmişdi. Həddindən artıq çəki alan müğənninin mədəkiçiltmə əməliyyatı olduğu iddia olunur.
Hətta o, sosial şəbəkə hesabında bundan sonra pəhriz saxlamağa qərar verdiyini də açıqlayıb.